525.Az

“Qarabağ” “Sumqayıt”ı məğlub etdi


 

“Qarabağ” “Sumqayıt”ı məğlub etdi<b style="color:red"></b>

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

525.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

“Qarabağ” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Ağdam təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Xatırladaq ki, turun daha öncə baş tutan oyunlarında “Qəbələ” “Səbail”ə 5:0, “Neftçi” “Keşlə”yə 3:0 hesabıyla qalib gəlib. “Zirə” – “Sabah” oyununda isə qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan Premyer Liqası

4-cü tur

20 sentyabr

“Qarabağ” – “Sumqayıt” 2:0

Qol: F.Ozobiç, 42-pen; 90+5.

Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Fərid Hacıyev.

Bakı. “Azersun Arena”, 19:00.

 





20.09.2021    çap et  çap et