525.Az

Murovdağ tuneli xəbəri ilə bağlı AAYDA-dan açıqlama


 

Murovdağ tuneli xəbəri ilə bağlı AAYDA-dan açıqlama<b style="color:red"></b>

“Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında Murovdağ tunelinin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşması ilə bağlı dəqiqləşdirilməmiş bir xəbər paylaşılıb. Məlumat üçün bildirək ki, tunelin inşasına yeni başlanılıb və qısa müddət ərzində bu tunelin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşdırılması qeyri-mümkündür”. 

525.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, tunelin qısa müddətdə inşası mümkün deyil:

“Düzdür, biz də agentlik olaraq istəyərdik ki, yazılan kimi qısa müddətdə bu cür miqyasda iş icra olunsun. Amma reallıqda bu mümkün deyil. Çünki tunel inşası heç də asan başa gəlmir. Hazırda təyin olunmuş vaxtda tikintinin tamamlanması üçün qazma, partlatma və qırıcı üsullarla dəniz səviyyəsindən 1700 metr hündürlükdə Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər icra olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və xüsusi texnikalar səfərbər olunub”.

 





21.09.2021    çap et  çap et