525.Az

Çernobılın görünməyən üzü - EL Roman yazır


 

Çernobılın görünməyən üzü -<b style="color:red"> EL Roman yazır</b>

26 aprel 1986-cı il. Pripyat.  Dünyanın şahidi olacağı ən qorxunc hadisələrdən birinə sadəcə dəqiqələr qalır. Bir insanın eqosunun nələrə yol aça biləcəyinin şahidi olmaq istərdinizmi? 

Mühəndis Anatoli Tiatlor ona verilən tövsiyələri heçə sayaraq nüvə mərkəzini idarə etmək istədi. 700-1000 meqavolt arasında qərarlaşan reaktor enerjisini 200 meqavolta qədər aşağı salan Tiatlor, beləcə, özünə görə daha pis durumlarla üzləşdikdə necə başa çıxa biləcəyini görmək və bunu sınamaq istəyirdi. O qədər özünübəyənmiş idi ki, əsla başqa tövsiyələrə qulaq asmazdı. Nəticədə reaktordakı 50 yanacaq çubuğu həddən artıq istilikdən dolayı parçalandı və yüksək temperaturdan isinməyə məruz qaldı. Bu da reaktorun, yəni nüvə mərkəzinin partlamasına səbəb oldu. Atmosferə 50 ton nüvə yanacağı yayıldı. Bu göstərici Xirosimadakı atom partlayışından 10 dəfə daha şiddətli idi. 

Bölgərə 700 ton radioaktiv qranit yayıldı, yəni o bölgədə toxunduğunuz hər şey artıq radiasiyalı idi. Bəli, dünya böyük bir zəhərin təsirinə məruz qalmışdı. Ancaq bu hələ son deyildi, əslində, hər şeyin başlanğıcı idi. Dağıntıları təmizləməyə gələn min nəfərə yaxın işçi o gün tədbirsiz gəldi və 15 gün içərisində yüzlərlə insan həyatını itirdi. 

Bəs həyatda qalanların aqibəti necə oldu? 

Statistikalara görə, xərçəng nisbəti həmin bölgədə 200 dəfə artdı. Bu səbəbdən, 20 minə yaxın insan intihar etdi. Həyatda qalan insanlar və onların dünyaya gətirdiyi uşaqların bir çoxu faciənin məsum qurbanlarına çevrildilər. 

Bir nəfər Pripyat sakini həmin gün nələr yaşandığını belə xatırlayır:  "Partlayışın şiddətini sizə tam olaraq ifadə edə bilməyəcəyəm. Ancaq sizə bunu əminliklə deyə bilərəm ki, bütün binaların yuxarı hissələri tamamilə yerlə-yeksan olmuşdu. Baş verən hər şey sanki atom bombasının nəticəsi idi". 

Partlayışın olduğu əraziyə 30 il sonra təkrar baxsaq, şəhərin təbiətinin özü-özünü xeyli müalicə etdiyinin şahidi ola bilərik. 

Hadisənin icmalı əslində belədir: Partlayışın təsiri ilə 8 ton nüvə qazı yayıldı. 115 min insan təxliyə edildi. Toplamda 500 min işçiyə təxliyə və dağıntıları təmizləmə işi tapşırıldı və partlayışın şiddətindən həmin an 31 nəfər həyatını oradaca itirdi. Həyatda qalan bir çox insan isə illər keçməsinə rəğmən hələ də bu radiasiyanın təsirindən çıxa bilməyib. 

Həmin il qorxunc videogörüntülər və şəkillər yayıldı. Videolardan birində partlayışın təsirindən mutasiyaya uğrayan insanların bir əsgərə hücum etməsi anları anbaan görünürdü. 

Çernobıl haqqında danışanda orada yaşayan bir çox heyvanın və bitkilərin də milyard illər sonra mutasiyaya uğradığından da bəhs edilir.

 





21.09.2021    çap et  çap et