525.Az

Aktrisa Məsumə Babayevanın yubileyidir


 

Aktrisa Məsumə Babayevanın yubileyidir<b style="color:red"></b>

Aktrisa Məsumə Babayevanın yubileyidir.

525.az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayevanın 70 yaşı tamam olur. Hələ ilk gənclik illərində sənətə gəldiyi gündən Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi ustadlarla tərəf-müqabil olan sənətkar qısa zamanda tamaşaçıların sevgisini, rəğbətini qazanıb.

Məsumə Babayeva təxminən 50 ildir ki, Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Bu illər ərzində həm səhnədə, həm də ekranda canladırdığı obrazlarla  uğur qazanıb.

Teatrda çalışdığı dövrdə 100-ə yaxın fərqli qəhrəmanları yaradıb. Onların arasında Aycan («Aycan», X.Əlibəyli), Qaraca qız («Qaraca qız», S.S.Axundov), Kiçik Ramo («Əlvida, Hindistan», Q.Rəsulov), Sadıq («Mənim nəğməkar bibim», Ə.Əylisli) və s. kimi bir çox rollar var.
Aktrisa Azərbaycan televiziyasında «Ürək rahatlıq sevmir» və «Deyin, Həyat hardadır?» kimi televiziya tamaşalarında modelyer və Həyat rollarına çəkilib. «Günaydın, mələyim», «Qaydasız döyüş», «İstanbul reysi», «Muradına çatan Günəş», «Ağabəyovlar», «Bir ovuc torpaq» və s. filmlərdə də özünü bir kino aktrisası kimi göstərib. 2014-cü ildə «Fəxri mədəniyyət işçisi» döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının «Sənətkar» medalı, 2018-ci ildə «Tərəqqi» medalı ilə təltif edilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi sevilən aktrisanın yubileyi münasibətiylə onu diploma layiq görüb. Əziz Məsumə xanımı ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı diləyirik!

 

 





21.09.2021    çap et  çap et