525.Az

Bakının avtomobil yollarının birində hərəkət məhdudlaşdırılacaq


 

Bakının avtomobil yollarının birində hərəkət məhdudlaşdırılacaq<b style="color:red"></b>

21 sentyabr saat 20:00-dan 22 sentyabr saat 08:00-dək Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsində (3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar əsas və köməkçi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 525.az-a verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 





21.09.2021    çap et  çap et