525.Az

İran xarici işlər naziri müavini Bakıya gələcək


 

İran xarici işlər naziri müavini Bakıya gələcək<b style="color:red"></b>

İranın xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Kazım Səccadpur bu gün Bakıya 3 günlük səfərə gələcək.

İranın Azərbaycandakı səfirliyindən 525.az-a verilən xəbərə görə, səfər çərçivəsində o, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər” mövzusunda keçiriləcək konfransda iştirak edəcək.

Məhəmməd Kazım Səccadpur Azərbaycanın bir sıra rəsmiləri ilə də görüşəcək.

 





21.09.2021    çap et  çap et