525.Az

Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında ilk uçuşlarını icra edib


 

Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında ilk uçuşlarını icra edib <b style="color:red"></b>

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Texnofest-2021” festivalındakı aviaşouda ilk uçuşunu edib.

MN-dən 525.az-a verilən xəbərə görə, festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan HHQ-nin 2 ədəd MİQ-29 qırıcı təyyarələri müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcək.

 





21.09.2021    çap et  çap et