525.Az

Nazir Nəriman Abbasovla görüşdü


 

Nazir Nəriman Abbasovla görüşdü<b style="color:red"></b>

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasovla görüşüb.

525.az xəbər verir ki, görüşdə idmançımızın tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnir çərçivəsində rusiyalı Şamil Zavurovla keçirdiyi döyüş barədə fikir mübadiləsi aparılıb. 

Nazir Rusiyanın paytaxtı Moskvada keçirilən görüşdə birinci raundda nokautla qalib gələrək yüngül çəkidə çempion titulunu qoruyan 27 yaşlı idmançımızı təbrik edib, ona gələcək döyüşlərində uğurlar arzulayıb.

Xatırladaq ki, Abbasov karyerası ərzində keçirdiyi 30 döyüşdə 27 qələbə qazanıb.

 





21.09.2021    çap et  çap et