525.Az

Dünyanın ən yaşlı əkizləri


 

Dünyanın ən yaşlı əkizləri<b style="color:red"></b>

Yaponiyada 107 yaşındakı bacılar "ən yaşlı əkizlər" kimi “Ginnesin Rekordlar Kitabı”na düşüblər.

525.az xəbər verir ki, Rekordlar Komitəsi, 5 noyabr 1913-cü ildə dünyaya gələn Umeno və Kodama bacılarını "ən yaşlı əkizlər" olaraq qeyd edib. 107 il əvvəl ölkənin qərbindəki Şodoşima adasında 3 və 4-cü övlad olaraq dünyaya gələn əkizlər 107 il 330 gündür yaşayırlar. 

Qeyd edək ki, Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatlarına görə, ölkə əhalisinin 29,1 faizini 65 yaşdan yuxarı olanlar təşkil edir. Bunlardan 86.510-u 100 yaşdan yuxarıdır.

El Roman

 





21.09.2021    çap et  çap et