525.Az

Azad olunan ərazilərdə 11900 hektardan çox ərazi minalardan təmizlənib


 

Azad olunan ərazilərdə 11900 hektardan çox ərazi minalardan təmizlənib<b style="color:red"></b>

Azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan "MEMATT" (Mexanik Mina Təmizləmə Təchizatı) texnikalar verilib.

Müdafiə Nazirliyinin mətbaut xidmətindən 525.az-a verilən məlumata görə, bu texnikalar yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb edilib.

İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 11900 hektardan çox ərazi minalardan təmizlənib. Ümumilikdə 16000-dən çox mina və partlamamış döyüş sursatı utilizasiya edilib.

Hazırda azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

 

 





22.09.2021    çap et  çap et