525.Az

Ordumuzun əsgəri öldü


 

Ordumuzun əsgəri öldü<b style="color:red"></b>

Azərbaycan Ordusunun Ağdam rayonunda yerləşən hərbi hissəsində ölüm hadisəsi baş verib.

APA-nın xəbərinə görə, bu gün 1994-cü il təvəllüdlü əsgər Əliyar Arif oğlu Zülfüqarov tabeliyində olan silahdan açılan atəş nəticəsində ölüb. Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Mərhumun bu ilin aprel ayında İsmayıllı rayonundan hərbi xidmətə çağırıldığı bildirilir

 





19.10.2012    çap et  çap et