525.Az

Rusiya Xəzərin problemlərinin həllində maraqlıdır


 

Rusiya Xəzərin problemlərinin həllində maraqlıdır<b style="color:red"></b> Rusiya Xəzərin problemlərinin müzakirəsi üçün yeni meydanların yaradılmasına tərəfdardır.

Bunu çərşənbə axşamı Rusiya XİN-in rəhbəri Sergey Lavrov Moskvada Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclasında deyib.

Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

Bir müddət əvvəl Rusiya XİN xəbər vermişdi ki, S.Lavrov aprelin 22-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında 4-cü Xəzər sammitinə hazırlığı həmkarları ilə müzakirə edəcək.

Sammit bu ilin payızında Həştərxanda keçiriləcək. Konfransda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın XİN rəhbərləri Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif, Yerlan İdrisov və Rəşid Meredov iştirak edəcəklər.

RF XİN rəhbəri xatırladıb: "2010-cu ildə Bakıda keçirilən 3-cü Xəzər sammitinin yekunları üzrə prezidentlərimiz Xəzərin statusu sahəsində qarşıya bir sıra konkret vəzifələr qoyublar - akvatoriyaların delimitasiyasının parametrlərini hazırlamaq, Xəzərin təhlükəsizliyi, balıqçılıq və nərəkimilərin populyasiya vəziyyəti, onların ovuna moratorium mexanizmini yaratmaq və uyğun olan profil komissiyasının statusunu yüksəltmək sahəsində əməkdaşlıq haqqında sazişlərinin reallaşdırmasına başlamaq".

Lavrov əlavə edib ki, çərşənbə axşamı keçirilən görüşdə "bu vəzifələrin reallaşdırılmasının gedişinin" müzakirəsi, "göstərilən səylərin əsas istiqamətlərinin" qeyd edilməsi planlaşdırılır: "Lakin artıq aydındır ki, hamı üçün ümumi Transxəzər gündəliyi qarşılıqlı fəaliyyətin sonrakı mexanizminin möhkəmləndirilməsi ehtiyacını və ola bilər ki, işlərin təsirliliyinin artırılmasının xeyrinə yeni meydanların yaradılmasını diktə edir".
 





22.04.2014    çap et  çap et