525.Az

AMEA-nın institutlarının adı dəyişdirilib


 

AMEA-nın institutlarının adı dəyişdirilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının adı dəyişdirilib.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, AMEA-nın Kibernetika İnstitutu - İdarəetmə Sistemləri İnstitutu, Akademik M. Nağıyev adına Kimya Problemləri İnstitutu - Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu - Geologiya və Geofizika İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu - Fəlsəfə və Hüquq İnstitutu, Mərdəkan Dendrarisi - Dendrologiya İnstitutu adlandırılıb.
 
AMEA-ya bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 





22.04.2014    çap et  çap et