525.Az

İƏT MDİHK nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisində olub


 

İƏT MDİHK nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisində olub<b style="color:red"></b>

İƏT-in Müstəqil  Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK)   nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisində olub.

525.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil  Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət  nümayəndə heyəti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə rəsmi səfərdədir.

Faktaraşdırıcı missiya həyata keçirəcək nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra qurumlarda görüşləri nəzərdə tutulub.

İƏT MDİHK-ın nümayəndə heyəti və Ombudsman aparatının rəhbəri, İƏT MDİHK-ın üzvü Aydın Səfixanlı Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli ilə görüşüblər.

Görüşdə nümayəndə heyətinin işğaldan azad edilən, həmçinin Vətən müharibəsi zamanı hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaqda yerləşən, mülki əhali və obyektləri hədəfə alan raket hücumları nəticəsində dağıdılmış  ərazilərdə birgə faktaraşdırıcı missiya, habelə tarixi-mədəni abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı məsələlər  müzakirə edilib.

Nümayəndə heyətinin ölkəmizdə faktaraşdırıcı missiyası çərçivəsində rəsmi görüşləri davam edir.

 





23.09.2021    çap et  çap et