525.Az

Sevginin yaratdığı savab


 

Sevginin yaratdığı savab<b style="color:red"></b>

Anar müəllimlə növbəti tədbirlərdən birində iştirak etmək üçün İstanbula getmişdik. Çoxsaylı görüşlərin birində Anar müəllimin əsərlərinin çapının nəzərdə tutulduğu bildirildi işə başlamaq üçün ondan əsərlərini seçməsini rica elədilər. Anar müəllim tərəddüd etmədən "bir xahişim var" dedi sonra xahişinə keçdi: Mənim Türkiyədə kitablarım çıxıb, istərdim ki, mənim kitabımın əvəzinə Cəlil Məmmədquluzadənin əsərlərindən ibarət kitabı işıq üzü görsün.

Bir müddətdən sonra Türkiyədə Mirzə Cəlilin ilk kitabı oxuculara çatdırıldı. Arzumu bildirdim ki, kaş bir nəfər olaydı, öz kitabının əvəzinə Hüseyn Cavidin kitabının çapını təklif edəydi. Anar müəllim dedi ki, bir belə fürsət yaransa, H.Cavidin kitabını deyəcəm.

Aradan təxminən on ildən artıq bir vaxt keçib. Bu günlərdə, fikrimcə, son illərin ən böyük ədəbi hadisələrindən biri baş verdi. 1909-cu ildə İstanbul Darülfünunun qurtardığını təsdiqləyən sənədlə yurda dönən Hüseyn Cavid 104 ildən sonra möhtəşəm əbədi ömrü - bədii əsərləri ilə yenidən Türkiyəyə qayıtdı. Bu qayıdışın sözün bütün mənalarında mükəmməl alınması üçün əllərindən gələn bütün işləri görmüş təşəbbüskarlara şərait yaradanlara şükranlığımızı bildirməsək, ən azı, allahsızlıq olardı.

Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri hörmətli Əli Həsənova,  "Kaspi" qəzetinin Kaspi Təhsil Mərkəzinin rəhbəri, istedadlı  alim şairə Sona xanım Vəliyevaya, kitabı nəşrə hazırlayan maraqlı ön söz yazan araşdırıcı Azər Turana minnətdarlıq bildirməklə yanaşı, içimdən keçən həsədi etiraf etmək istərdim: məncə, onlar həyatlarının ən böyük savablarından birini qazandılar. Kitabın işıq üzü görməsi məlum həqiqəti bir daha təsdiqlədi ki, hər bir əməli arxasında təmənna deyil, sevgi dayananda savab ola bilir.

Cavidlər nəslinə xidmətlə, adı taleyi qadın xoşbəxtliyindən daha çox qadın mətanətinin rəmzinə çevrilmiş Müşginaz xanımın, hər dəfə görüşəndə gözündəki kədəri, ağrını, acını, bəbəklərinin içində donub qalmış göz yaşlarını görməmək üçün baxışımı yayındırmağa çalışdığım Turan Cavidin, həyatının ən çətin dönəmində Cavidlikdən çıxıb Rasizadə olmayan, bəzilərinin dönüklüyündən gileylənməyərək gənc yaşlarında ölümü ocağa xas mərdliklə qarşılayan Ərtoğrul Cavidin narahat ruhunu sevindirməklə savab qazanmaq müəyyən mənada ən böyük mənəvi təsəlli təskinlikdi.

İşıq üzü görən hər bir əsərin iki tərəfi olur: içi çölü. Türkiyədə nəşr edilən kitaba çöldən baxsaq, gözəl, zövqlü tərtibini, poliqrafik keyfiyyətini, kağız seçimindən tutmuş üz qabığındakı rəsmlərin tərtibinə, rəng çalarındakı məna tutumuna qədər gözə  görünən, zövqü oxşayan ürəyə yatımlı bütün cəhətlərini nəzərə alaraq fəxrlə demək olar ki, Hüseyn Cavid Türkiyəyə şəxsiyyətinə xas zərifliklə, nəfisliklə, incəliklə qaytdı. İstər-istəməz birmənalı şəkildə əminlik yaranır ki, belə məsuliyyətli, ağır, məsuliyyətli ağır olduğu qədər şərəfli bir işin uğurla gerçəkləşməsində təşəbbüskarların fərdi zövqü ilə yanaşı, əbədi Cavidə vurğunluqları mühüm amil olubdu. Gördüyüm, oxuduğum əlimə düşən nəşrlər əsasında deyə bilərəm ki, məncə, qüdrətli şairin "Hüseyin Cavid. Eserleri"  kitabı onun  bu siqlətdə ədəbi ictimaiyyətə çatdırılan ilk kitabıdı.

Əslində Hüseyn Cavid Türkiyəyə qayıtdı demək bu mütəfəkkirə münasibətdə yanlışlıqdı. O, Türkiyədən vaxt uzaqlaşmışdı, vaxt aralı düşmüşdü ki, uzun illərdən sonra təkrar ora qayıtsın?!   Suç Hüseyn Caviddə deyil, suç onun "Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız: mədəniyyət, mədəniyyət, mədəniyyət..." misralarındakı həqiqəti tribunalarda tez-tez işlədən, gündəlik fəaliyyətində isə bu həqiqətə ya az əməl edən, ya da heç əməl etməyən bizlərdədi. Həm türk söz araşdırıcıları, təbliğatçıları qardaşlarımız, həm biz - sənətkarın mənəvi, ruh qan varisləri Hüseyn Cavidin həmişə olduğu məkanda bütün əzəməti, müdrikliyi, istedadının zəkasının bütün qüdrəti ilə görünməsini ya yada salmamışıq, ya da görünməsinə xüsusi diqqət yetirməmişik.

Bütün bunlara Hüseyn Cavidin sənətkar kimi , şəxsiyyət kimi mənəvi haqqı var. Türkiyə türkçülüyə onun qədər bağlı, bağlılığını da yaradıcılıq axtarışlarında qabarıq şəkildə yüksək sənətkarlıq məharəti ilə ifadə edən sənətkar az-az tapmaq olar. Hüseyn Cavid üçün Türkiyə mövzusu, türkçülük ideyaları sonradan müraciət olunan mövzu, ideya deyildi, işıqlı dünyaya göz açaraq şüurlu yaşamağa başlayandan həyat, düşüncə tərzi, amal, məram, şəxsiyyət kimi özünü ifadə təsdiq vasitəsi idi. Başqa sözlə desək, Hüseyn Cavid türkçülükdən yazmırdı, özünü, içini, keçmişini, indisini gələcəyini qələmə alırdı.

Türkçülük idealları, məramı əksini tapan əksər müəlliflərdən bədii əsərlərdən ulu sənətkarın özü ədəbi irsi bu ya digər dərəcədə fərqlənirdi. Adətən, bu mövzuda yazılmış əsərlərin böyük əksəriyyətində tərənnümçülüyə daha çox diqqət yetirilirdi, ideoloji tutum bədiiliyi üstələyirdi, istər-istəməz publisistik ifadə ön plana keçirdi ən başlıcası, yalnız müsbət faktlar, tərəflər hallandırılırdı, olanlarla müqayisədə olması arzulananların ifadəsinə xüsusi cəhd göstərilirdi.

Cavid Əfəndi isə özünəməxsus poetik sistem yaradaraq bədii əsər yazırdı, bir tərəfdən türkün dərdinə sevinən ərəbi güllələyən tatar döyüşçüsü obrazını, digər tərəfdən   fərdi maraqlar ucbatından döyüş meydanında üzə-üzə gələrək qardaş qanı tökən türk hökmdarların obrazını yaradırdı. Vasif kimi saf türkçü gənci ideallaşdırmırdı, insani keyfiyyət cəhətlərini təbii formada təsvir etməklə qardaş qurbanına çevrilməsinin faciəsini verirdi. Onun bütün əsərlərini obrazlarını məhz insanilikləri, canlılıqları, təbiilikləri... fərqləndirirdi. Sənətkarın irsində rezonyer, robot obraz yoxdur, müsbət ya mənfi başlanğıcı təmsil etməsindən asılı olmayaraq hamısı insandı: ideallarla yaşayıb nadanlığa, hikkəyə, bir sözlə, İblisə uymuşların xislətinə qurban gedənlərdi, ya da içindəki şərin əsiri olmaqla qaçılmaz sona, aqibətə çatanlardı.

Türkçülük Hüseyn Cavidin təbliğinə ya tərənnümünə çalışdığı ideoloji prinsipləri deyildi, yaşadığı ömür, şəxsiyyətinin özü mahiyyəti idi. Buna görə onun irsində xarakterinə yad olan patetika nəzərə çarpmır, bəzi görkəmli türkçülərin əsərlərində (məsələn, Ziya Göyalpın bədii əsərlərində s.) özünü göstərən publisistik tərənnümçülüyə rast gəlinmir. Hüseyn Cavid irsində etnik-milli identifikasiya problemi əlahiddəlik kompleksi ilə deyil, ilk növbədə insaniliklə əlaqəlidi. Buna görə onun bədii fəlsəfəsini onun humanizmi, humanizmini isə bədii fəlsəfəsi tamamlayır.

Əvəzsiz sənətkarın Türkiyədə işıq üzü görmüş  "Hüseyin Cavid. Eserleri"  kitabı rəmzi məna daşıyır. Ümummilli lider Heydər Əliyev latın qrafikasına keçid kimi xalqın tarixi taleyi ilə əlaqədar dövlət əhəmiyyətli proqramı müəyyənləşdirib gerçəkləşdirilməsinə başlayanda bəziləri bu nəhəng işin yerinə yetiriləcəyinə inanmırdılar. Cənab İlham Əliyevin əməli nəticəyə hesablanmış siyasi kursunun sayəsində əsrlər boyu yaradılmış ədəbi-mədəni sərvət - bədii, publisistik, elmi-fəlsəfi ədəbiyyat  az müddət ərzində latın qrafikasında oxuculara çatdırıldı.

Misli görünməmiş möhtəşəm işlər yalnız mövcud sərvətin latın qrafikasında təkrar çapı ilə məhdudlaşmadı. Dünya ədəbiyyatının bir çox nadir nümunələri ilk dəfə dilimizə tərcümə olundu, kütləvi sayla çap olundu. proses qarşısıalınmaz xarakter qazandı, yəni indinin özündə məqsədyönlü şəkildə davam etdirilir. Maraqlı təqdirəlayiq haldır ki, kampaniya xarakteri daşımayan bu proqramın indinin özündə müxtəlif formalarda (məsələn, sənətkarların yubileylərində s.) davam etdirilən birinci mərhələsinin uğurlu şəkildə həyata keçirilməsindən sonra, məncə, hazırda reklam edilmədən ikinci mərhələsinin realizəsinə başlanmışdır.

İkinci mərhələ isə Azərbaycan ədəbiyyatının ölkənin birinci xanımı, milli mənəvi sərvətin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü rəhbərliyi ilə milli mədəniyyətimiz incəsənətimizin nailiyyətlərinin xarici ölkələrdəki uğurlu təbliği kimi dünyanın müxtəlif ölkələrində tanıdılması sevdirilməsi mərhələsidir.

Türk oxucularına çatdırılmış  "Hüseyin Cavid. Eserleri"  kitabı sistematik məqsədyönlü xarakter qazanacağı şübhə doğurmayan fəaliyyət proqramının ilk yüksək səviyyəli nümunəsi müjdəçisidir.

 





22.04.2014    çap et  çap et