525.Az

ABŞ-ın Azərbaycanda inqilab planları


 

ABŞ-ın Azərbaycanda inqilab planları<b style="color:red"></b>

Jurnalist Eynulla Fətullayev ABŞ-ın Azərbaycanda planlaşdırdığı 14 milyon dollarlıq inqilabla bağlı geniş araşdırma yazısı hazırlayıb. E.Fətullayev ABŞ fondlarının ayrı-ayrı ölkələrdə hakimiyyətləri devirmək üçün külli miqdarda maliyyə vəsaiti ayırdığını iddia edib. O, yazıb ki, bu çərçivədə Qərb Ukraynadakı narıncı kataklizmlər tipindəki permanent qeyri-sabitlik, Gürcüstandakı rəngli çaxnaşmalar, Moldovadakı tvitter fırtınası, yaxud daha pisi odur ki, qırğız səhrası burulğanı sistemini Azərbaycanda da bərqərar etməyə cəhdlər göstərib. Jurnalistin sözlərinə görə, ayrılan vəsaitin həcmi, sonra isə o pulların bizim qrantyeyənlər dəstəsi tərəfindən öz qərbli kuratorları ilə əlbir şəkildə oğurlanmasının mənimsənilməsinin miqyası adamı heyrətə gətirir. Haqqın.az saytında dərc edilən yazıya görə, Amerikanın Beynəlxalq Tədqiqatlar Mübadilə Şurası olan İREX 2008-ci ildən 2013-ə qədər ümumi dəyəri 730 min manat olan 29 qrant ayırıb. Bu təşkilatın Azərbaycandakı sədri isə ABŞ vətəndaşı olan Sara Henessidir. Yazıda qeyd olunur ki, nədənsə göstərilən dövrdə rəhbərlik cəmi 40 min manat qrant dəstəyi alıb qalan subsidiyanın taleyi isə sual olaraq qalır. Müəllif bildirir ki, bütün pullar müxalifətə müxalifətçilərə yaxın təşkilatlara israf olunub: "Zəhmət olmasa, cənab Morninqstar, həqiqəti gün işığına çıxarın cavab verib ki, niyə bütün maliyyə vəsaitləri müxalifət strukturlarına xərcləndi? Əgər amerikalıların şöhrətpərəsliyinə toxunursa, onlara həqiqəti demək olmaz. Amerika fondları tərəfindən Azərbaycan müxalifətinə ayrılmış 35 milyon dollar araşdırmalarımdan sonra səfir Riçard Morninqstarın məsələyə münasibətindən sonra bu aksiomu özümə min dəfə demişəm".

Məqalədə daha sonra bunlar yer alıb: "Əvvəla, biz belə gülməli fikirləri bu vaxta kimi çox eşitmişik. Mən yalnız deyə bilərəm ki, ABŞ Azərbaycan arasında mövcud olan münasibət xüsusi məna daşıyır. Krımda baş verən hadisələr fonunda bu məna daha da yüksəlir. ABŞ Azərbaycan bu münasibətlərin səviyyəsinin qorunması üçün  hər şey etməlidir. Səsləndirilən fikirlər isə yalnız ölkələrimiz arasındakı münasibətləri pisləşdirməyə yönəlib. Biz buna yol verməməliyik, heç kim bu cəfəngiyyata uymamalıdır. Amerika səfirinin çıxışı əsasən, "Azadlıq" qəzeti daxil olmaqla müxalifət nəşrlərinin baş məqaləsi oldu. Ağıllını parafraz edərək görmək mümkündür ki, Polina "Azadlıq" qəzetini əlinə aldı, əzdi, kağız parçasını bağa atdı balaca pişik həmişə öz ətrafında fırlanan siyasətçinin dalınca qaçdı. Əfsus, elə görünürdü ki, o, ağır çəkili amerikan diplomatlarından biridir, o qədər təcrübəli səfirlərdəndir. Lakin qırğı-energetik Morninqstar səhv dalınca səhv buraxır. O, işlədiyi ölkəni prezidentini başa düşmür. Eləcə , ABŞ özü Azərbaycanı başa düşmür. Əks halda, Co Bayden 2009-cu ildə Azərbaycanı inqilabın sıçradığı potensial ölkələrdən biri adlandırmazdı. Səfir Morninqstar bizi əmin etməyə çalışır ki, ABŞ Azərbaycan strateji əməkdaşdırlar. Tutalım belədir. Lakin səfirdən soruşmaq istərdim ki, bu əməkdaşlıq münasibətlərində Azərbaycana kimi strateji xarakterli yardım edib? Heç olmasa, Vaşinqton Qarabağ probleminin nizama salınması üçün kömək edibmi? Sonuncunu oxuyaraq demək olar ki,  Morninqstarın yoldaşları ATƏT-in Minsk qrupunun səfiri Uorlik vaxtaşırı Azərbaycana birgünlük "Filippin reseptini" soxuşdurur "erməni diasporasının aydın səsi" (səfir özü belə deyib) professor Xaçikyana  qəribə mədhiyyələr deyir. Əksinə, ABŞ strateji əməkdaşının qanayan yarasına  anlaşılmaz laqeydlik nümayiş etdirir. Belə ki, özümüzə hesab verdikdə məlum olur ki, Əliyevin qoruyub saxlaya bildiyi müstəqil Azərbaycana müstəqillik baha başa gəlib.  Azərbaycan son yüzilliyin şikarı, qaliblərin qurbanıdır. Lakin Vaşinqtonun məntiqinə görə "Roma dözür, Senat isə vətən atasına təşəkkür etmək qərarına gəlir. Strateji əməkdaşlar məgər belə edirmi? ya, zəif bir dövlətin dayağını qazan strateji əməkdaşdan daha bir "ata qayğısı" götürək. Vaşinqton çox yaxşı bilir ki, hazırkı siyasətin status-kvosunun zəmanəti Prezident İlham Əliyev hakimiyyətinin sistemli stabilliyi sosial öncədən görməkdir. Siyasi sistemdə kiçik bir deformasiya Azərbaycanda kəskin çevriliş üçün fəlakətə səbəb ola bilər. bu çevriliş  faciəvi sonluqla bitə bilər. Bunu Morninqstar Dövlət Departamenti dərk edirmi? Tamamilə. Bu haqda, "jirinovski" "duqinin" simasında Kremlin hay-küyçüləri həyəcan təbilini çalaraq etnik siyasi münaqişələrin yaranmasında federasiyaya çevrilməsiylə müşayiət olunan Azərbaycanın dağılması ilə təhdid edir. Təcrübəmdən asılı olmayaraq, siyasi fəlakətin faciəvi nəticələrini başa düşürəm. Qərb maraqları toxunulmaz amerikan kapital investisiya maraqlarının toqquşması vəziyyətin hərəkətə keçməsinə səbəb ola bilər. Bundan əlavə, Vaşinqton Əliyevlər hakimiyyətinin rəqiblərinə pul, "Molotov kokteyli" platforma ilə yardım edir. Məgər həqiqi dostlar strateji əməkdaşlar belə edirmi? Azərbaycanın işğal olumuş Ağdam torpaqlarından istiqamətlənmiş Putin tanklarının toplarına baxmayaraq, zahirən görünməyən, lakin real təhlükə yaradan Hizbullah, strateji İslam İnqilabı Korpusunun tərəfdarlarının olmasına baxmayaraq, tarixi bağlar sosial mədəni dəyərlərlə əlaqəli olan  İranla münasibətlərin pisləşməyinin qabağını almaq mümkün olmadığı üçün Azərbaycan qoynunu Vaşinqtona açır, Səddamdan tutmuş Əsədə kimi olan beynəlxalq terrorizm proqramlarında iştirak edir. Krımdan sonra Vaşinqton heç bir şey öyrənmədi! Gürcüstan, Ukrayna Moldova təcrübələri ilə bitdi? Dövlət quruluşunun möhkəmləndirilməsi ilə? Xeyr! Avro inteqrasiya ilə? Bu da xeyr! NATO-ya üzv təhlükəsizlik zəmanəti ilə? Yenə xeyr! Bəlkə iqtisadi dirçəliş sürətli inkişaf dərhal İsveçrə Avstriyaya çevrilə biləcək korrupsiya üzərində qələbə ilə? Xeyr, yenə , xeyr! Ölkə tarixində gül inqilabını qalib gəlmiş ölkələr spiralvari dövr edir: despotizm azadlığa yol açır, azadlıq anarxiyaya, despotizm xalqı anarxiyadan qurtarır. Bəs Ukrayna əldə etdi? Azadlıq? Hansı ki, anarxiyaya çevrildi! Mən demokratiyanın öldüyünü düşünmürəm. Düşünürəm, o, sadəcə formasını dəyişib. O, qərb demokratiyasının idarə olunması haqda düşüncələrimizi dəyişib. Burada artıq azadlıqın anarxiyaya keçməsinə imkan verilmir. Çünki Vaşinqtonda heç kimə " Evə" "molotov kokteyli" atmağa icazə verməzlər, hətta Obamanı korrupsiyada, sevgi münasibətlərində şübhəli bilinsə belə heç kəs devirməz. Demokratiya bizim üçün fərqli olub, ya biz özümüz azadlığı anarxiyanı fərqləndirməyə başlamışıq. Bəs nəyə görə Azərbaycanda o cümlədən, Misir Liviyada yaranan inqilab Boston çay qonaqlığına stimul verir? Əlbəttə, bu çay qonaqlığından sonra Bakının neft mənbələri xarabalığa çevriləcək. Bu halda cənab Morninqstar izah eləsin, nəyə görə ABŞ yanlış təşkilat onların liderlərini maliyyələşdirməkdə davam edir açıq şəkildə inqilabi dəyişikliklərə sövq edir?"

Millət vəkili Aydın Mirzəzadə açıqlamasında bildirib ki, Azərbaycanda bəzi QHT-lərin şübhəli mənbələrdən vəsait aldığı barədə şübhələr əvvəllər var idi. Onun sözlərinə görə, müxalif mövqedə dayanan insanların QHT-ləri haradansa böyük qrantlar əldə edirdilər, böyük tədbirlər keçirirdilər: "Sonradan çoxsaylı insanları cəlb etməklə, müəyyən konfranslar, simpoziumlar təşkil edirdilər. Həmçinin bunlar müxalif partiyaların rəhbərliyində təmsil olunurdular. Müxalif partiyalar bir qayda olaraq öz hesabatlarında heç bir üzvlük haqqı toplamadıqlarını bildirir, amma geniş fəaliyyət göstərirdilər. Pulun da məhz QHT-lər vasitəsi ilə onlara gəldiyi aydın olur. Jurnalist araşdırmaları həmin şübhələri tamamilə doğruldur. Artıq belə bir mənzərə yaranır ki, ABŞ-da Azərbaycan QHT-lərini maliyyələşdirən fondlar, birliklər var. Bunların neytrallığına, hamıya bərabər münasibət bəslədiyinə çox böyük şübhə var. Çünki onların qrant ayırdığı təşkilatlar arasında nədənsə müstəqil, eyni zamanda hakimiyyətin siyasətini dəstəkləyən QHT-lər yoxdur. Belə bir təəssürat yaranır ki, məqsədli surətdə Azərbaycanın daxili işlərinə qarışmaq, böyük maliyyə vəsaiti ayırmaqla burada gələcəkdə Ukrayna başqa post Sovet ölkələrində baş vermiş hadisələri süni surətdə Azərbaycanda təkrarlamaq istəyi var".

A.Mirzəzadə qeyd edib ki, 20 ildən çoxdur ki, belə fəaliyyət göstərməsinə baxmayaraq, həmin QHT-lərin onların maliyyə ötürdüyü siyasi partiyaların Azərbaycanda dəstəyi yoxdur. Azərbaycan cəmiyyəti onların siyasətini qəbul etmir, onların arxasınca getmir. Millət vəkili deyib ki, onların demokratik şüarlarının arxasında, ilk növbədə, anti-milli çağırışlar olduğunun fərqinə varır. O, hesab edir ki, Azərbaycanda hər bir QHT, hər bir siyasi partiya özünün maliyyə mənbələrinin haradan olduğunun hesabatını verməlidir: "Fəaliyyət şəffaf olmalıdır. Fəaliyyətlərinin mənbəyində xaricdən gələn pullar durduğundan bunu cəmiyyətə açıqlaya bilmirlər".

AQİL

 





22.04.2014    çap et  çap et