525.Az

TÜSİAB İdarə Heyəti: "İftiraları şiddətlə və nifrətlə qınayırıq"


 

TÜSİAB İdarə Heyəti: "İftiraları şiddətlə və nifrətlə qınayırıq"<b style="color:red"></b>

Azərbaycan Türk Sənayeçi İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) İdarə Heyəti Azərbaycan ictimaiyyətinə müraciət edib. Müraciətdə bildirilir ki, Türkiyə Cümhuriyyətində keçirilən son bələdiyyə seçkiləri zamanı ölkənin daxili ictimai-siyasi vəziyyəti ilə birbaşa bağlılığı olan müəyyən məsələlərin geniş müzakirə mövzusuna çevrilməsi media vasitəsilə qardaş Azərbaycana da öz təsirini göstərib, burada da əsas müzakirə mövzularından olub.

Qeyd olunur ki, sözügedən proses zamanı TÜSİAB başda olmaqla üzvlərimizdən bəziləri haqsız, heç bir əsası olmayan böhtan təqiblərə məruz qalıb: "Bizə gülməli gələn ağlasığmaz iddiaları ciddi qəbul edib, cavab vermək niyyətində deyildik. Ancaq biz susduqca əlinə qələm alan bəzi mərkəzlər haqqımızda "iddialar" uydurmağa davam etməkdədirlər. Haqqımızda çıxan haqsız, əsassız məlumatlar göstərdi ki, bəzi qüvvələr iki ölkə arasındakı qardaşlıq münasibətləri ilə əsası qoyulan bu gün bütün sahələrdə strateji əməkdaşlığa çevrilən müttəfiqlik münasibətlərindən çox narahatdırlar bu işə zərbə vurmaq üçün bütün mənfur yollara baş vurmaqdan əl çəkmirlər. Belə olan halda biz istədik ki, bizi onsuz da yaxından tanıyan 20 ildir fəaliyyətlərimizə şahid olan, təqdirlə qarşılayan Azərbaycan ictimaiyyətinə bir qeyri-hökumət təşkilatı olaraq özümüzü yenidən tanıdaq bu çirkli təbliğata "dur!" deyək.

Azərbaycan Türk Sənayeçi İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) türkiyəli adamlarının Azərbaycana investisiya yatırmalarını təmin etmək fəaliyyətlərində yardımçı olmaq, üzvlərimiz arasında həmrəylik əməkdaşlığı təmin etmək, iki ölkə arasındakı iqtisadi əlaqələrin, dil, din tarix birliyinə söykənən dostluq qardaşlıq bağlarının möhkəmlənməsində iştirak etmək məqsədilə 16 noyabr 1994- ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xeyir duaları Azərbaycan qanunlarının nəzərdə tutduğu şəkildə Bakı şəhərində təsis edilib. Cəmiyyətimiz quruluş məqsədləri istiqamətində göstərdiyi fəaliyyətlərlə bağlı Azərbaycan Türkiyənin dövlət orqanları ilə bu günə kimi heç bir problem yaşamayıb hər zaman təqdir edilib. Əks halda, cəmiyyətimiz 20-ci ildönümünə bu qədər birlik, bərabərlik gələcəyindən əmin olaraq gələ bilərdimi?

Cəmiyyətimizi hər zaman dəstəkləyən Türkiyə Azərbaycanın dövlət rəsmiləri şəxsən tədbirlərimizə iştirak edərək cəmiyyətimizin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edib öz dəstəklərini bizdən əsirgəməyiblər. İmkandan istifadə edərək hər iki dövlətimizin səlahiyyətli şəxslərinə bizlərə göstərdikləri dəstəklərinə görə təşəkkürü özümüzə bir borc bilirik. Hər iki ölkəmizin ortaq mənfəətləri istiqamətində fəaliyyətlərini davam etdirən Cəmiyyətimiz tarixi bir dostluğu paylaşdığımız qardaş Azərbaycana çox əhəmiyyətli riskli dövrlərdə investisiya qoyaraq ölkə iqtisadiyyatının inkişafında dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsində əhəmiyyətli bir vəzifəni öz öhdəsinə götürüb. Cəmiyyətimiz tam 20 ildir Azərbaycana sərmayə qoymaq istəyən adamlarına ölkə haqqında məlumatlar verərək, iki ölkə arasındakı iqtisadi, sosial mədəni əlaqələrin inkişaf etdirilməsinə kömək edib, yüzlərlə adamının bu ölkəyə sərmayə yatırmasına nail olub hazırda da bu yolu davam etdirməkdədir. Cəmiyyətimiz təşkil edilən sərgilərdə üzvlərinin fəal iştirakını təmin edərək, Azərbaycan bazarının tanınmasına, türk mallarının mövcud bazar payının artırılmasına keyfiyyətə daha çox əhəmiyyət verilməsinə dair bir çox mühüm işlər görüb görməyə davam etməkdədir. Təşkil edilən seminarlarla iqtisadi sahədəki keyfiyyətin yüksəldilməsi adına özəl sektor üçün kadr yetişdirib yetişdirməyə davam etməkdədir. Qısaca desək, bütün bu sadalananların, hər iki dövlətin strateji ortaqlığı ilə birləşməsi nəticəsində bu gün Azərbaycana qoyulan Türkiyə sərmayələri, qeyri-neft sektoruna yatırılan xarici investisiyalar arasında ilk pillələrdə öz yerini tutur. Cəmiyyətimiz bu yola çıxarkən prinsipial mövqeyinə, hər iki ölkənin maraqlarının qorunmasına, qardaş ölkəmizin konstitusiyasına sadiq qalıb belə qalmağa davam edəcəkdir. Çünki Cəmiyyətimiz bu yola çıxarkən bir amalı olub: "Heç bir siyasi ideoloji fəaliyyətə qarışmadan, Azərbaycan qanunları çərçivəsində üzvlərimiz arasında həmrəylik əməkdaşlığı təmin etmək, Azərbaycan-Türkiyə iqtisadi, sosial mədəni əlaqələrində iştirak etməyi təşviq edərək, ölkəmizi təmsil edə biləcək hər bir sərmayəçi düşüncəyə hörmət etmək".

Dəyərli Azərbaycan ictimaiyyəti!

Bildiyiniz kimi, qeyri-hökumət təşkilatları bir məqsəd fəaliyyət birliyi ətrafında bir araya gələn təşkilatlardır. Bizim cəmiyyətimiz bir adamları birliyidir tamamilə yuxarıda sadaladığımız məqsədlərlə bir araya gələrək, yoluna əmin addımlarla davam etməkdədir. Biz bir adamları qeyri-hökumət təşkilatı olaraq üzvlərimizi yalnız dünyası çərçivəsində qəbul edir qiymətləndiririk. Azərbaycan qanunları çərçivəsində qurulan cəmiyyətimizin nizamnaməsi, hər kəsə məlum olan missiyası qarşıya qoyulmuş məqsədləri var. Cəmiyyətimiz özünə aid intizam nəzarət heyəti çərçivəsində bu prinsiplərimizə zidd davranan, ölkənin qanunlarını heçə sayanları əgər varsa, intizam məsuliyyətinə dəvət edər lazım gəldikdə, üzvlüyünə xitam verə bilər. Şükürlər olsun ki, 20-ci ilimizi qeyd etdiyimiz bu günlərdə sözügedən davranışları sərgiləyən bir üzvümüz belə olmayıb ümid edirik ki, bundan sonra da olmayacaq.

Dəyərli Azərbaycan ictimaiyyəti!

Yuxarıda qısaca tərifini verdiyimiz Cəmiyyətimiz hər il Ümumi Yığıncağını təşkil edərək, İdarə Heyəti sədrini 14 üzvdən ibarət olan İdarə Heyəti üzvlərini seçir bu İdarə Heyəti Cəmiyyətin fəaliyyətlərinin qərarlarını alır, katiblik tərəfindən həyata keçirilir.

Biz tamamilə dünyasına köklənmiş adamlarının birlik bərabərliyi istiqamətində ortaq mənafelər ətrafında toplaşmış bir qeyri-hökumət təşkilatıyıq. Bu birlik bərabərlik sayəsində ölkəmizə yatırılan Türkiyə sərmayəsinin 90 faizə yaxınını təmsil edilən şirkətləri bir ailədə toplamağın qürurunu yaşayırıq. Üzvlərimiz 20 ildir ki,  bu cəmiyyət ətrafında sıx birləşiblərsə, demək ki, biz doğru işlər görürük bundan sonra da eyni şəkildə doğru işlər görməyə davam edəcəyik.

Bir daha təkrar edirik - Cəmiyyətimizin missiyası, məram məqsədi bəllidir.  Cəmiyyətimizin üzvlərinin yalnız həyatı bizi maraqlandırır. Heç kimin şəxsi həyatı, dünyagörüşü bizim maraq dairəmizə daxil deyil Cəmiyyətimiz hər hansı bir qrupun inhisarında deyil. Bu çirkin iftiraları şiddətlə nifrətlə qınayır, bundan sonra eyni təbliğatı davam etdirənlərə qarşı qanuni bütün haqlarımızı sonuna qədər qoruyacağımızı bildiririk".

 





22.04.2014    çap et  çap et