525.Az

"Azərbaycan" jurnalının yeni sayı - Anons


 

"Azərbaycan" jurnalının yeni sayı -<b style="color:red"> Anons</b>

"Azərbaycan" jurnalının sentyabr sayı işıq üzü görüb.

Bu sayın "Poeziya" bölməsində Xatirə Nurgül, Fəxrəddin Teyyub, Elvin İntiqamoğlu, Qismət Məsim, Arif Fərzəli, Mövlud Teymurun şeirləri, Rasim Qusarçaylının "Vətən" poemasının davamı dərc edilib.

"Yeni tərcümələr"in budəfəki töhfəsi Yukio Misimanın "Markiza de Sad" pyesidir. Pyesi dilimizə Azad Yaşar çevirib.

"Nəsr" bölməsində Mövlud Süleymanlının "Ömürdən qıraqda" povesti və Günel Natiqin "Darıxmaq ağrısı" hekayəsi verilib.

"Nizami söhbətləri" rubrikasının növbəti qonağı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Abdullayevadır. Fərid Hüseyn onunla "Xəmsə"də işlənən türk sözləri barədə həmsöhbət olub.

Xalq yazıçısı Anar "Ədəbi düşüncələr"də Azad Yaşardan söz açıb.

"Publisistika"da Fuad Vəliyevin "İslam və elm" adlı yazısı yayımlanıb.

Vaqif Yusiflinin "Azərbaycan soneti" "Tənqid və ədəbiyyatşünaslıq"da yer alıb. Yazı Hüseyn Həşimlinin xatirəsinə ithaf olunub.

Bu sayda "Nəzər nöqtəsi" Südabə Ağabalayevanın "Həmişə təzə köhnə" yazısında cəmləşib. Müəllif aktual problemləri qələmə alaraq tənqidi fikirlərini bildirib.

"Azərbaycan" jurnalının bu sayı da yeni nəşrlər barədə məlumatları əks etdirən "Kitab rəfi" ilə yekunlaşır. 

Nadir YALÇIN 
 

 





24.09.2021    çap et  çap et