525.Az

Daşkəsəndə itkin düşənlərin meytləri tapılıb


 

Daşkəsəndə itkin düşənlərin meytləri tapılıb<b style="color:red"></b>

 

Daşkəsən rayonunda iki ay öncə itkin düşən şəxslərin meytləri aşkarlanıb.

525.az xəbər verir ki, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının ANAMA əməkdaşlarının iştirakı ilə birlikdə keçirdikləri axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədlərini Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlayıb. 

Artıq onların nəşi həmin ərazidən çıxarılaraq ekspertizaya təqdim edilib.

 





24.09.2021    çap et  çap et