525.Az

Gələn ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri təsdiqlənib


 

Gələn ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri təsdiqlənib<b style="color:red"></b>

Hökumət gələn ilin dövlət büdcəsinin və icmal büdcənin layihələrini bəyənib.

525.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, "Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2022-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilib.

Qeyd olunan layihələr "Büdcə sistemi haqqında" Qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

 





24.09.2021    çap et  çap et