525.Az

Hikmət Hacıyev Seyid Səccadpurla görüşüb


 

Hikmət Hacıyev Seyid Səccadpurla görüşüb<b style="color:red"></b>

 

“Müzakirələrimizi İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla davam etdirmək çox xoş idi”.

525.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev şəxsi “Twitter” səhifəsində bildirib.

“Ölkələrimiz arasında yaxşı qonşuluq əlaqələrini bir daha təsdiqlədik, həmçinin akademik və tədqiqat sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, - deyə H.Hacıyev qeyd edib.

 





24.09.2021    çap et  çap et