525.Az

Ağcabədidə “Qarabağ dastanı” kitabının təqdimatı keçirilib - Foto/Video


 

Ağcabədidə “Qarabağ dastanı” kitabının təqdimatı keçirilib -<b style="color:red"> Foto/Video </b>

Sentyabrın 25-də Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Yazıçılar Birliyi tərəfindən hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı keçirilib.Tədbirin qonağı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid olub.

525.az Aranqazeti.az saytına istinadən xəbər verir ki, tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Rövşən Əhmədov qonağı salamlayıb və 44 günlük zəfərimizə həsr olunmuş kitabın əhəmiyyətindən söz açıb.

“Aran” qəzetinin redaktoru, AYB-nin üzvü Məhsəti Musa, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Ağcabədi Pedaqoji Kollecinin direktoru, əməkdar müəllim Mirələm İbrahimli, şəhər 8 saylı tam orta məktəbinin direktoru Anar Qasımov, mədəniyyət işçisi, AYB-nin üzvü Gündüz Sevindik və digərləri çıxış edərək 44 günlük müharibənin Azərbaycan xalqı üçün bir şərəf tarixi olduğunu, bu tarixin daha geniş şəkildə təbliğ edilməsinin vacibliyini və bu baxımdan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının böyük rol oynayacağını qeyd edublər.

Sonra kitabın redaktoru,ön sözün müəllifi Rəşad Məcid çıxış edib. O, AYB-nin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə hazırlanan kitabda yer almış yazılardan söz açıb.Bu kövrək hisslərlə qələmə alınmış yazıların içərisində dərin Qarabağ sevgisinin, vətən həsrətinin, eləcə də torpaqlarımızın azad olunması sevincinin əks olunmasını diqqətə çatdırıb, Vətən müharibəsinin başlanmasının ildönümü ərəfəsində təqdim olunan kitabın həm də Böyük Qələbəmizə bir töhfə olduğunu vurğulayıb.

Mövzu ətrafında fikir mübadiləsi aparan tədbir iştirakçıları kitabın ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlıqlarını bildirib və zəfərimizlə bağlı kitabların davamlı olmasını arzu ediblər.

 





25.09.2021    çap et  çap et