Çin Xalq Bankı kriptovalyutalar və onların törəmələri ilə həyata keçirilən bütün əməliyyatları qadağan edib.
525.az xəbər verir ki, "Bitcoin" bu qərardan sonra dəyərinin 5%-ni itirib. Bankın onlayn açıqlamasında, "Virtual valyuta ilə aparılan iş fəaliyyəti qanunsuz fəaliyyətdir. Bu fəaliyyətləri həyata keçirənlərin cinayət məsuliyyəti qanun çərçivəsində araşdırılacaq", - deyilib.
Çin Xalq Bankı son illərdə "Bitcoin" və digər virtual valyutaların geniş şəkildə mübadiləsinin iqtisadi və maliyyə nizamını pozduğunu, çirkli pulların yuyulması, qanunsuz pul yığma, saxtakarlıq, piramida layihələri və digər qanunsuz cinayət fəaliyyətlərini artırdığını qeyd edib. Bütün bunların insanların pulunun təhlükəsizliyini ciddi şəkildə təhlükəyə atdığını vurğulanıb.
El Roman