525.Az

Quldur məhkəmə zalında öldürüldü


 

Quldur məhkəmə zalında öldürüldü<b style="color:red"></b>

Hindistanda özünü hüquqşünas kimi təqdim edən silahlılar paytaxt Dehlidəki məhkəmə binasında məşhur bir qulduru öldürüblər.

525.az xaric mediaya istinadən xəbər verir ki, Dehli polisi məhkəmə zamanı iki nəfərin Jitendra Gogi alı quldura atəş açdığını açıqlayıb. Hücum edənlər məhkəmə zalında polis tərəfindən öldürülüb. Zaldan qaçanların görüntüləri isə Hindistanda sosial mediada sürətlə yayılıb.

Polis səlahiyyətliləri Gogi ilə onu öldürənlərin bir-birinə düşmən olan iki rəqib dəstədən olduğunu söyləyib.

El Roman

 





25.09.2021    çap et  çap et