525.Az

23 min il əvvələ aid insan ayaq izləri tapılıb


 

23 min il əvvələ aid insan ayaq izləri tapılıb<b style="color:red"></b>

ABŞ-ın Nyu-Meksiko əyalətində kəşf edilən 23 min illik insan ayaq izləri ilk insanların Amerika qitəsinə qədəm qoyma tezisini alt-üst edə bilər.

525.az xəbər verir ki, "Science" jurnalında dərc olunan araşdırmaya görə, Nyu-Meksikodakı "White Sands" Milli Parkında tapılan təqribən 21-23 min il əvvələ aid olan izlər, Şimali Amerikada son buz dövrünün sonundan çox əvvəl məskunlaşma prosesinin davam etdiyini göstərir. ABŞ Geoloji Xidməti, çöküntü təbəqələrində ayaq izlərinin tapıldığı qatların üstündə və altında tapılan toxumlar üzərində karbon araşdırması aparıb. Ayaq izlərinin bu ərazidə yaşayan yeniyetmələrə və uşaqlara aid olduğu aydınlaşdırılıb.

İzlər arasında böyüklərin, eyni zamanda ibtidai icma quruluşu dövrünə aid heyvanların, mamontların və canavarların izləri də müəyyən edilib.

El Roman

 





25.09.2021    çap et  çap et