525.Az

Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub - Foto


 

Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub - <b style="color:red">Foto</b>

Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub.

525.az APA-ya istinadən xəbər verir ki, rayonun Şıxarx kəndində keçirilən mərasimdə yüzə yaxın şəhid ailəsi, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib.

Layihə rəhbəri, sosial fəal Emin Tarverdiyev jurnalistlərə açıqlamasında ümumi sahəsi 3 hektar olan parkda hər şəhidin xatirəsinə bir ağac əkiləcəyini, burada dəmir yumruq və Xarı bülbül heykəlinin ucaldılacağını bildirib.

Tərtər rayon icra hakimiyyətinin dəstəyi ilə inşa edilən Xatirə parkının açılışı zəfər günü keçiriləcək.

 





26.09.2021    çap et  çap et