525.Az

İsveçdə şəhidlərimiz yad edilib


 

İsveçdə şəhidlərimiz yad edilib<b style="color:red"></b>

Stokholmda yaşayan azərbaycanlı icmasının iştirakı ilə Azərbaycanın İsveçdəki səfirliyinin binası önündə 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsindən 525.az-a verilən məlumata görə, aksiya zamanı Qarabağ torpaqlarımızın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirliyin binası önünə gül dəstələri düzülüb, şamlar yandırılıb, şəhidlərimizin ruhuna dualar oxunub.

 





26.09.2021    çap et  çap et