525.Az

Gimnastımız Macarıstanda keçirilən Qran Pridə qızıl medal qazanıb


 

Gimnastımız Macarıstanda keçirilən Qran Pridə qızıl medal qazanıb<b style="color:red"></b>

Azərbaycanın idman gimnastikası üzrə milli komandasının üzvü Nikita Simonov beynəlxalq yarışda - Macarıstan Qran Prisində birinci yer tutub.

525.az-ın məlumatına görə, idman gimnastikası üzrə yarışı 24-26 sentyabr tarixlərində Sombatxey şəhərində keçirilir. Azərbaycan gimnastı halqa ilə hərəkətlərində qızıl medal qazanıb (14.500 xal).

İkinci yeri Avstriya gimnastı, üçüncü yeri isə İsraili təmsil edən idmançı tutub.

 





26.09.2021    çap et  çap et