525.Az

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının toplantısı olacaq


 

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının toplantısı olacaq<b style="color:red"></b>

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin sabah İstanbulda toplantısı olacaq.

525.az-ın Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbərinə görə, Əfqanıstan mövzusunda müzakirələr aparılacaq fövqəladə iclas Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvətilə baş tutur.

İclasda Türk Şurasına üzv olan Azərbaycan, Qazağısan, Qırğızıstan və Özbəkistanın, müşahidəçi qismində isə Macarıstanın xarici işlər nazirləri iştirak edəcəklər.

 





26.09.2021    çap et  çap et