525.Az

BMT bəşəriyyətin nüvə silahı ilə məhv olma riski haqqında xəbərdarlıq edib


 

BMT bəşəriyyətin nüvə silahı ilə məhv olma riski haqqında xəbərdarlıq edib<b style="color:red"></b>

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, dünya hələ də nüvə silahları ilə məhv edilməyə yaxındır.

525.az APA-ya istinadən xəbər verir ki, Quterreş bu barədə Twitter səhifəsində yazıb. Onun sözlərinə görə, planetdə təxminən 14 min ədəd belə silah saxlanılır.

BMT-nin baş katibi, fəlakətdən qaçmaq üçün bu problemin həllində konstruktiv tədbirlərə keçid üçün çağırış edib:

"Nüvə münaqişəsi buludlarını əbədi olaraq dağıtmağın vaxtı gəlib. Dünyamızı nüvə silahlarından qurtarın və yeni bir inam və sülh dövrünə başlayın”.

 





26.09.2021    çap et  çap et