525.Az

Almaniyada kiçik təyyarə qəzaya uyğrayıb, ölənlər var


 

Almaniyada kiçik təyyarə qəzaya uyğrayıb, ölənlər var<b style="color:red"></b>

Almaniyanın Hessen federal əyalətinin qərbində kiçik təyyarə qəzaya uğrayıb.

525.az Report-a istinadən xəbər verir ki, qəza Butzbax şəhəri ilə aerodrom arasındakı Vetterau rayonunda baş verib. Qəza nəticəsində iki nəfər dünyasını dəyişib. Hər ikisi Baden-Vürttemberq federal əyalətinin sakinləridir.

Hadisənin səbəbi hələ müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.

 





26.09.2021    çap et  çap et