525.Az

Ali Attestasiya Komissiyası Əsasnaməsinə edilən dəyişikliklər elm və təhsilin inkişafına yönəlib


 

Ali Attestasiya Komissiyası Əsasnaməsinə edilən dəyişikliklər elm və təhsilin inkişafına yönəlib<b style="color:red"></b>

Son illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Əsasnaməsində edilən dəyişikliklər, habelə elmi dərəcələr və elmi adlar verilməsi qaydası haqqında yeni Əsasnamələrin qəbulu vaxtında və olduqca vacib dəyişikliklərdir. Son illərin nəticələrinin təhlili bu qənaətimizin doğru olduğunu təsdiq edir. Edilmiş hər bir dəyişiklik təhsilin və elmin inkişafına yönəlib.  

Elmi dərəcələrin və elmi adların verilməsi üzrə yeni Əsasnamələrdə olan üstünlüklər aşağdakılardır.

Elmi dərəcələrin verilməsi üzrə yeni Əsasnamədə olan üstünlüklər:

1. "Fəlsəfə doktoru" hazırlığı üzrə:

- Minimum imtahanların sayı azaldılmışdır: İxtisas və xarici dil imtahanı tələb olunur (əvvəlki əsasnaməyə əsasən, minimum 3 imtahan tələb olunurdu: ixtisas, xarici dil və informatika).

- Yerli patent yerli dövri nəşrlərdə 1 məqaləyə, həmmüəllifsiz olduqda 2 məqaləyə bərabər tutulur (əvvəlki əsasnaməyə əsasən, patentin heç bir əhəmiyyəti yox idi, elmi əsər sayılmırdı).

- Beynəlxalq patent beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə dərc edilən 1, həmmüəllifsiz olduqda 2 məqaləyə bərabər tutulur (əvvəlki əsasnaməyə əsasən, beynəlxalq patentin heç bir əhəmiyyəti yox idi, elmi əsər sayılmırdı).

- Azı 3 tezis (biri xaricdə dərc olunmaqla) tələb olunur (əvvəlki əsasnaməyə əsasən, tezisin heç bir əhəmiyyəti yox idi).

- Fəlsəfə doktoru elmi dərəcəsi olan mütəxəssis AAK-dan icazə almadan "Fəlsəfə doktoru" hazırlığı üzrə 2 doktoranta rəhbərlik edə bilər (əvvəlki əsasnaməyə əsasən, AAK-dan icazə alınmalı idi).

-"Fəlsəfə doktoru" hazırlığı üzrə müdafiə mərhələlərinin biri azaldılmışdır. Aparıcı təşkilatda işin müzakirəsinin aparılması ləğv edilib.

2. "Elmlər doktoru" hazırlığı üzrə:

- Dissertasiyanın nəticələrinə dair dərc olunmuş 10 məqalə tələb olunur. Onlardan 5-i həmmüəllifsiz, azı 5-i beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan dövri elmi nəşrlərdə dərc olunmalıdır (əvvəlki əsasnaməyə əsasən 20 məqalə tələb olunurdu: 5-i həmmüəllifsiz, 5-i xarici nəşrlərdə).

- Yerli patent yerli dövri nəşrlərdə 1 məqaləyə, həmmüəllifsiz olduqda 2 məqaləyə bərabər tutulur (əvvəlki əsasnaməyə əsasən, patentin heç bir əhəmiyyəti yox idi, elmi əsər sayılmırdı).

- Beynəlxalq patent beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə dərc edilən 1, həmmüəllifsiz olduqda 2 məqaləyə bərabər tutulur (əvvəlki əsasnaməyə əsasən, beynəlxalq patentin heç bir əhəmiyyəti yox idi, elmi əsər sayılmırdı).

- Azi 5 tezis (ikisi xaricdə dərc olunmaqla) tələb olunur (əvvəlki əsasnaməyə əsasən, tezisin heç bir əhəmiyyəti yox idi).

- "Elmlər doktoru" hazırlığı üzrə ilkin müdafiədən sonra AAK-dan müdafiənin davam etdirilməsi üçün alınan icazə ləğv edilmişdir, AAK-dan icazə almağa ehtiyac yoxdur (əvvəlki əsasnaməyə əsasən, AAK-dan icazə alınmalı idi).

- "Elmlər doktoru" hazırlığı üzrə müdafiə mərhələlərinin biri azaldılmışdır. Belə ki, aparıcı təşkilatda işin müzakirəsinin aparılması ləğv edilmişdir. Bununla yanaşı, əsas müdafiə üçün 4 rəsmi opponent tələb olunur.

Elmi dərəcələrin verilməsi üzrə yeni əsasnamədə olan yeniliklər:

- "Fəlsəfə doktoru" hazırlığı üzrə 5 məqalə tələb olunur: onlardan ikisi həmmüəllifsiz, dəqiq və təbiət elmləri üzrə iki məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan elmi nəşrlərdə olmalı (əvvəlki əsasnaməyə əsasən, 5 məqalə tələb olunurdu, onlardan biri xaricdə dərc olunmalı idi).

- "Fəlsəfə doktoru" hazırlığı üzrə 3 rəsmi opponent (azı biri elmlər doktoru) təyin edilir (əvvəlki əsasnaməyə əsasən, 2 opponent idi).

- "Elmlər doktoru" hazırlığı üzrə 4 rəsmi təyin edilir (əvvəlki əsasnaməyə əsasən, 3 opponent idi).

Elmi fəaliyyətə görə elmi adların verilməsi üzrə yeni əsasnamədə olan yeniliklər:

1. Dosent elmi adı almaq üzrə:

- İddiaçı müvafiq ixtisas üzrə monoqrafiya (elmi şuranın qərarı ilə çapa tövsiyə edilməli və həcmi 200 000 (iki yüz min) işarədən az olmamalı) nəşr etdirməlidir və ya iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı 2 mütəxəssis elmi dərəcə almalıdır.

- Müvafiq ixtisas üzrə azı 3, o cümlədən, beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş dəqiq və təbiət elmləri üzrə azı 2 elmi məqalə təqdim etməlidir.

- Müvafiq ixtisas üzrə respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərdə azı 2 (azı 1-i xaricdə) məruzə və tezislər dərc etdirməlidir.

2. Professor elmi adı almaq üzrə:

- İddiaçı müvafiq ixtisas üzrə monoqrafiya (elmi şuranın qərarı ilə çapa tövsiyə edilməli və həcmi 400 000 işarədən az olmamalı) nəşr etdirməlidir;

- Müvafiq ixtisas üzrə beynəlxalq miqyaslı elmi tədbirlərdə azı 3 məruzə və tezislər, o cümlədən, azı 1 məruzə xaricdə dərc edilməlidir.

- Elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə azı 5, o cümlədən, beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş dəqiq və təbiət elmləri üzrə azı 3 elmi məqalə təqdim etməli, iddiaçının ixtisas üzrə təkbaşına hazırladığı azı 2 mütəxəssis elmi dərəcə almalıdır.

Və ua iddiaçının ixtisas üzrə təkbaşına hazırladığı azı 4 (dörd) mütəxəssis elmi dərəcə almalıdır.

Fəlsəfə doktoru elmi dərəcəsi olan, dosent elmi adı almış iddiaçılar da professor elmi adını ala bilər (əvvəlki əsasnaməyə əsasən bu, mümkün deyildi).

Bunun üçün:

- İddiaçı müvafiq ixtisas üzrə xaricdə həmmüəllifsiz monoqrafiya (xarici dildə, elmi şuranın qərarı ilə çapa tövsiyə edilməli, fəlsəfə doktoru dissertasiyasını təkrarlamamalı və həcmi 400 000 işarədən az olmamalı) nəşr etdirməlidir.

- Müvafiq ixtisas üzrə beynəlxalq miqyaslı elmi tədbirlərdə dərc edilmiş (o cümlədən, azı 2-si xaricdə) məruzə və tezislərinin sayı azı 5 olmalıdır.

- Dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı 15, o cümlədən, beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş dəqiq və təbiət elmləri üzrə azı 10 (o cümlədən, azı 5-i həmmüəllifsiz) elmi məqalə təqdim etməli, iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı 2 mütəxəssis elmi dərəcə almalıdır.

Və ya dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı 10, o cümlədən, beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş dəqiq və təbiət elmləri üzrə azı 7 (o cümlədən, azı 3-ü həmmüəllifsiz) elmi məqalə təqdim etməli iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı 4 mütəxəssis elmi dərəcə almalıdır.

Qeyd edək ki, AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu nəzdində iki dissertasiya şurası fəaliyyət göstərir və yeni qaydalara uyğun olaraq 2021-ci ilin birinci yarısında aşağdakı sayda müdafiələr təşkil olunub.

ED1.17 Dissertasiya Şurasında:

1. Texnika. Neft kimyası - 2314.01 fəlsəfə doktoru. 07.05.2021-ci il tarixdə Aşqarlar Kimyası İnstitutunun əməkdaşı.

2. Texnika. Kimya texnologiyası və mühəndisliyi - 3303.01. AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu əməkdaşı. 07.05.2021.

3. Texnika. Neft-qaz - daş kömür emalı və texnologiyası - 3321.01. AMEA (NKPİ). 21.05.2021.

4. Texnika. Neft-qaz - daş kömür emalı və texnologiyası-3321.01.  21.05.2021. 

5. Texnika. Kimya texnologiyası və mühəndisliyi-3303.01. AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu. 18.06.2021.

6. Texnika. Neft-qaz - daş kömür emalı və texnologiyası-3321.01. AMEA NKPİ. 18.06.2021. 

7. Texnika. Kimya texnologiyası və mühəndisliyi-3303.01. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. 22.06.2021.

2021-ci ilin birinci yarısında İnstitut nəzdində fəaliyyət göstərən ED1.16 Dissertasiya Şurasında 6 nəfər kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə edib.

Müdafiə edənlərdən 2 nəfər Neft-Kimya Prosesləri İnstitutunun, 1 nəfər Sumqayıt Dövlət Universitetinin, 1 nəfər Aşqarlar Kimyası İnstitutunun, 1 nəfər AMEA-nın Polimer Materialları İnistutunun, 1 nəfər AMEA-nın Gəncə bölməsinin əməkdaşıdır.

Yeni əsasnamələrdə edilən dəyişikliklər məqalələrin nəşrinə və istinadların sayına da öz müsbət təsirini göstərmişdir və göstərməkdədir.

2020-ci ildə institumuzun əməkdaşlarının xarici jurnallarda 75 məqaləsi, 2021-ci ilin 6 ayında 37 məqaləsi çap olunub.

Əməkdaşlarımızın elmi məqalələrinə istinadlar 2020-ci ildə 945, 2021-ci ilin 6 ayında 650 olmuşdur.

Bütövlükdə qeyd edilən dəyişikliklər təhsilin və elmin daha sürətli inkişafı üçün təminat yaradır.

AAK-ın özünün fəaliyyətinə nüfuzlu alimlərin, yüksək peşəkarlığa malik gənc mütəxəssislərin də cəlb olunmasının ekspertiza işinin daha keyfiyyətli aparılmasına təsiri də ayrıca qeyd olunmalıdır.

AAK-ın Əsasnaməsində edilən dəyişikliklər, o cümlədən, elmi dərəcələrin və elmi adların verilməsi qaydası ilə bağlı yeni Əsasnamələrin təsdiqi istedadlı gənclərin elmə gəlməsini stimullaşdırır, onların beynəlxalq miqyasda daha yaxşı tanınmalarına imkan yaradır. 
 

 





26.09.2021    çap et  çap et