525.Az

Daha 1029 nəfər COVID-19-a yoluxub


 

Daha 1029 nəfər COVID-19-a yoluxub<b style="color:red"></b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 029 yeni yoluxma faktı qeydə alınıb, 2 680 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 480 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 451 727 nəfər müalicə olunaraq sağalıb, 6 457 nəfər vəfat edib, aktiv xəstə sayı 22 659 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 151, ötən müddət ərzində isə ümumilikdə 4 823 654 test aparılıb.

 





26.09.2021    çap et  çap et