525.Az

Rezidenturaya qəbul imtahanı başa çatdı


 

Rezidenturaya qəbul imtahanı başa çatdı<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 26-da baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

DİM-dən 525.az-a bildirilib ki, imtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 75 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

İmtahan saat 11:00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib.

Sentyabrın 27-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına sentyabrın 27-29-da “apelyasiya.dim.gov.az” saytı vasitəsilə müraciət edə bilərlər.

 





26.09.2021    çap et  çap et