525.Az

Bir ildə nələr baş verdi… - Anım Günü (Video)


 

Bir ildə nələr baş verdi… -<b style="color:red"> Anım Günü (Video)</b>

Vaxtı gəlib çatmışdı! 27 sentyabr 2020-ci il. Saatlar Azərbaycan üçün böyük mübarizənin başladığını göstərirdi. Beləliklə Azərbaycan işğal altında olan torpaqlarını azad etmək uğurunda şanlı Vətən müharibəsinə başladı

Ölkənin dörd bir yanından minlərlə igid oğullar hər şey Vətən üçün deyib müharibəyə yollandılar. Gözlərində qorxunu boğub, torpaq deyib dayanmadan irəli gedənlərin haqq yolu idi bu. Müharibəyə gülərək gedən, şəhadəti ləyaqət bilən ordunun Zəfər yolu! 

Təkcə torpaqlarımızı deyil, bizim milli qürurumuzu özümüzə qaytaran, zəfər yaşadan, qalib edən Ali Baş Komandan İlham Əliyevə, bütün şəhidlərimizə, qazilərimizə və şanlı Azərbaycan ordusunun şəxsi heyətinə minnətdarıq. Qələbən mübarək, Azərbaycan! Sənə ucalar yaraşır, şanlı bayraq! Sənə zəfər yaraşır, Azərbaycan Ordusu!

“525-ci Kanal” Vətən müharibəsinin Anım Gününə həsr edilən videoçarxı təqdim edir:

 

 





26.09.2021    çap et  çap et