525.Az

Ermənistanın BMT-dəki nümayəndəsi dəyişdirilib


 

Ermənistanın BMT-dəki nümayəndəsi dəyişdirilib<b style="color:red"></b> Ermənistanın xarici işlər nazirinin müavini Zoqrab Mnasakanyan bu ölkənin BMT-dəki nümayəndəsi təyin edilib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "news.am" saytı ölkənin dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər yayıb.

Prezident Serj Sarkisyan Karen Nazaryanın Ermənistanın BMT-dəki daimi nümayəndəsi postundan azad edilməsi barədə qərar qəbul edib.

Prezidentin digər sərəncamı ilə Zoqrab Mnasakanyan Ermənistanın xarici işlər nazirinin müavini vəzifəsindən azad edilərək Ermənistanın BMT-dəki daimi nümayəndəsi təyin edilib.
 





22.04.2014    çap et  çap et