525.Az

ADU-da Elmi Şuranın növbəti iclası


 

ADU-da Elmi Şuranın növbəti iclası <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində (ADU) yeni tədris ilinin başlanması ilə əlaqədar Elmi Şuranın növbəti iclası keçirilib. İclasda Vətən yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

525.az xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, akademik Kamal Abdulla Nazirlər Kabinetinin təhsil üzrə tədris və təlimlə bağlı qərarlarının həyata keçirilməsi, dərslərin ənənəvi qaydada təşkili ilə bağlı danışan rektor müəllimlərə bu istiqamətdə xüsusilə diqqətli olmağı, dərs bölgüsündə hər bir tələbənin tədris proqramı ilə əhatə olunmasının vacibliyini qeyd edib:

"Bu il Azərbaycan Dillər Universiteti tələbələrin qəbul göstəricilərinə görə yeni bir uğura imza atıb. Belə ki, bu il qəbul planı 98,5 faizi yerinə yetirilib. Bu da çox yaxşı bir nəticədir. İldən-ilə universitetin qəbul göstəriciləri artan dinamika ilə davam edir. Bu, onu göstərir ki, cəmiyyət bizə inanır, öz övladlarının bu təhsil ocağında təhsil almasını istəyir. Bu etimadı doğrultmalıyıq. Bizə etibar olunan əmanəti qorumalıyıq".

Rektor kafedra müdirlərinə yeni tədris ilində gənc alimlərin və müəllimlərin elmi potensialının artırılması üçün geniş imkanların yaradılmasının zəruriliyini vurğulayıb. Dünya təhsil sistemində gedən proseslərə fəal şəkildə qoşulmağın və bu istiqamətdəki yenilikləri bizim təhsil sistemimizə tətbiqinin vacibliyini önə çəkib.

Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova ADU-nun yeni dərs ilində tədris planına uyğun olaraq fəaliyyət göstərəcəyini və dərslərin mövcud pandemiya vəziyyətinə uyğun təşkil olunacağını söyləyib. Tədris ilə bağlı bir sıra məsələlər diqqətə çatdırılıb və təkliflər edilib. Təkliflər Elmi şuranın qərarı ilə qəbul olunub.

Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova ADU-nun beynəlxalq əlaqələrinin inkişaf etdiyini, ikili diplom layihələrinin uğurla icra olunduğunu söyləyib. Beynəlxalq əməkdaşlıq çərçivəsində ADU-nun Argentina ilə təhsil mübadiləsindən söz açıb.

Sonra universitetin daxili nizam və intizam qaydaları ilə bağlı məsələlərə toxunulub, bir sıra təkliflər irəli sürülüb.

SEVİNC
 

 





30.09.2021    çap et  çap et