ABŞ-ın Texas ştatında yaşayan bir uşaq "beyin yeyən amöb" adlı xəstəliyə tutularaq ölüb.
525.az xarici mediaya istinadən xəbər verir ki, həkimlər uşağın fəvvarədə oynayarkən ölümcül bir infeksiyaya tutulduğunu bildirib. Uşağın burnundan girən ölümcül virus onun beyninə keçib.
Yerli media yazır ki, adı və yaşı açıqlanmayan azyaşlı xəstəxanaya yerləşdirilib və ona beyinə dağıdıcı təsir göstərən ilkin amoebik meningoensefalit (PAM) diaqnozu qoyulub. Sürətlə beyni yeyilən uşağı xilas etmək mümkün olmayıb.
Mütəxəssislər isə şəhərdəki suyun keyfiyyətinin mütəmadi olaraq izlənilmədiyini deyiblər. Bundan sonra şəhərdəki bütün fəvvarələr bağlanıb.
El Roman