525.Az

15 ildir komada olan şahzadənin görüntüləri paylaşıldı


 

15 ildir komada olan şahzadənin görüntüləri paylaşıldı<b style="color:red"></b>

Səudiyyə şahzadəsi Rima bint Talal 15 ildir komaya düşən qardaşı oğlu, 'Yatan şahzadə' kimi tanınan Vəlid bin Xalidin videosunu paylaşıb. 

525.az xarici mediaya istinadən xəbər verir ki, 2005-ci ildə baş verən yol qəzasından sonra xəstəxanaya yerləşdirilən şahzadə Vəlid bin Xalid, milyarder Səudiyyə Ərəbistanlı sərmayədar Şahzadə Vəlid bin Talalın bacısı oğludur. Şahzadənin videosunu "Twitter"də paylaşan Şahzadə Rima, "Əzizim, Allah səni qorusun və şəfa versin",- deyə söyləyib. 

Şahzadənin paylaşdığı görüntülərdə Vəlid bin Xalidin həyat dəstəyi tibbi avadanlığa bağlı olduğu və üzərində 'Ölkəmiz qəlbimizdə' yazısı olan Səudiyyə Ərəbistanı bayrağının olduğu görülür.

https://twitter.com/Rima_Talal/status/1442236082465161216?s=20 

El Roman 
 

 





01.10.2021    çap et  çap et