525.Az

AYB Gəncə bölməsində Nizami Gəncəvi ilə bağlı tədbir keçirilib - Foto


 

AYB Gəncə bölməsində Nizami Gəncəvi ilə bağlı tədbir keçirilib -<b style="color:red"> Foto</b>

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət Mərkəzinin təşəbbüsü və  AYB Gəncə bölməsinin təşkilatçılığı ilə 02.10.2021-ci ildə AYB Gəncə bölməsində “Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyalar” mövzusunda tədbir keçirildi.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə AYB Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq Xəzangül xanım açdı. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, eləcə də 44 günlük II Qarabağ Vətən müharibəsi şəhidlərinin və dünyasını dəyişmiş yazarların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. 

Natiq qeyd etdi ki, Nizami dühası bütün bəşəriyyəti heyrətdə qoyduğunu və bəşəriyyət naminə həsr etdiyi əsərlərdə özüdə bəşərləşən Nizami Gəncəvi haqqında geniş məlumat verdi. O, söylədi ki, Nizami Gəncəvinin dahiliyi göylə yerin barışığından doğulmuşdur. 

Gəncə Regional Mədəniyyət Mərkəzinin rəisi Vasif Cənnətov çıxış edərək Gəncənin qələm sahiblərini salamladı. O, ölkə rəhbərinin 05 yanvar 2021-ci ilin Nizami Gəncəvi ili elan olunmasından, bununla bağlı regional idarənin təşəbbüsü ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı kimi bu  gün də yazarların iştirakı ilə keçirilən tədbiri diqqətə çatdırdı. 

Respublikanın Əməkdar Mədəniyyət içşisi, şair-publisist Bəxtiyar Muradov çıxış edərək, Nizami yurdu qədim və həmişə cavan Gəncəyə, Nizami Gəncəviyə Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısının bu gün ölkə rəhbəri İlham Əliyevin, I vitse prezident Mehriban Əliyevanın uğurla davam etdirilməsindən danışdı. 

Sonra şair və yazıçılardan Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Aləmzər Əlizadə, Saleh Qurbanov, Zaur Quliyev, Vüsal Hicran, Zahir Şirani, Ramiz Təmkin, Eltun Türkel, Mələk İsmayıl, Zülfiyyə Yaqub, Gülnarə Sadiq, Anar Bürcəliyev,  Salman Balakişiyev, İmamverdi Vəliyev, İbadət Qurbanova və başqaları ürək sözlərini söylədilər, Nizami Gəncəviyə həsr olunmuş şeirlərini oxudular.
 

 





02.10.2021    çap et  çap et