525.Az

29 ildir itkin düşən alpinist tapıldı


 

29 ildir itkin düşən alpinist tapıldı<b style="color:red"></b>

Fransada dünyanı şoka salan bir hadisə baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 il əvvəl Mont Blanka qalxdıqdan sonra uçuruma düşən və bir daha tapılmayan 21 yaşlı gəncin cansız cəsədi alpinistlər tərəfindən tapılıb. Bir qrup alpinist Haut Savoie bölgəsindəki Mont Blank dağının buzlağında dünən 2750 metr yüksəklikdə cansız bir cəsədlə qarşılaşıb. Onlar xilasetmə qruplarını çağırdıqdan sonra, Yüksək Dağ Jandarma Filosu (PGHM) bölgəyə gəlib. Cansız cəsədin kimliyinin təyin edilməsi üçün Şamoniyə aparıldığı bildirilib.

Dağ xilasetmə xidmətlərinin əldə etdiyi məlumata görə, cəsəd 1971-ci il təvəllüdlü Fransız alpinistə aiddir.

El Roman

 





03.10.2021    çap et  çap et