525.Az

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq


 

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq<b style="color:red"></b>

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.

***

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana səfərə gedib.

525.az-ın əldə etdiyi məlumata görə, nazir bu gün Gürcüstan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunacaq.

 





04.10.2021    çap et  çap et