525.Az

“Facebook”dan yaranan problemlə bağlı rəsmi açıqlama


 

“Facebook”dan yaranan problemlə bağlı rəsmi açıqlama<b style="color:red"></b>

“Facebook”un texniki redaktoru Joost Schellevis yaranmış problemə bağlı açıqlama verib. 

525.az xarici mediaya istinadən xəbər verir ki, o açıqlamasında, nə baş verdiyinin hələ də yüz faiz aydın olmadığını bildirib:

“Facebooka artıq daxil olmaq mümkün deyil. Çox vaxt bunun səbəbi tez bir zamanda düzəldilə bilən sadə bir səhvlə bağlı olur.  Amma indi “Facebook” serverlərindəki bütün lövhələr internetdən yoxa çıxıb. Biz indi onların harada və hansı istiqamətdə olduğunu öyrənməliyik. Bundan sonra onlar yenidən quraşdırılmalıdır. Bu səbəbdən bu kəsilmənin bir müddət davam etməsi gözlənilir”.  

 





05.10.2021    çap et  çap et