|
|
|
|
“Windows 11” əməliyyat sistemini elan edilən tarixdən bir gün əvvəl yükləmək mümkün olub.
525.az APA-ya istinadən xəbər verir ki, “Microsoft” bildirir ki, təzəlikcə “Windows 10” platformasında cihaz alan müştərilər əməliyyat sistemini elə indi yeniləyə biləcək. Bununla belə, şirkət yalnız 2022-ci ilin ortalarına qədər yeni məhsulun bütün uyğun cihazlarda mövcud olacaqını düşünür.
Əvvəlcədən “Windows 11” quraşdırılmış fərdi kompüterlər və noutbuklar yeni əməliyyat sisteminin rəsmi buraxılış tarixi olan oktyabrın 5-də satışa çıxarılacaq.