525.Az

"Microsoft" "Windows 11" əməliyyat sistemini elan edilən tarixdən bir gün əvvəl buraxıb


 

"Microsoft" "Windows 11" əməliyyat sistemini elan edilən tarixdən bir gün əvvəl buraxıb<b style="color:red"></b>

“Windows 11” əməliyyat sistemini elan edilən tarixdən bir gün əvvəl yükləmək mümkün olub.

525.az APA-ya istinadən xəbər verir ki, “Microsoft” bildirir ki, təzəlikcə “Windows 10” platformasında cihaz alan müştərilər əməliyyat sistemini elə indi yeniləyə biləcək. Bununla belə, şirkət yalnız 2022-ci ilin ortalarına qədər yeni məhsulun bütün uyğun cihazlarda mövcud olacaqını düşünür.

Əvvəlcədən “Windows 11” quraşdırılmış fərdi kompüterlər və noutbuklar yeni əməliyyat sisteminin rəsmi buraxılış tarixi olan oktyabrın 5-də satışa çıxarılacaq.

 





05.10.2021    çap et  çap et