525.Az

Hərbi Məktəbin orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edib - Video


 

Hərbi Məktəbin orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edib -<b style="color:red"> Video</b>

Türkiyənin Bursa şəhərində müxtəlif ölkələrin hərbi orkestrlərinin iştirakı ilə birinci Beynəlxalq Orkestrlər Festivalı keçirilib.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestrinin 30 nəfərlik nümayəndə heyəti təmsil edib. Müxtəlif ölkələrdən qatılan orkestr nümayəndələri Bursa şəhərində maraqlı konsert proqramı ilə çıxış ediblər.

Hərbi orkestrlərin çıxışları hər kəs tərəfindən böyük maraqla qarşılanıb.

 

 





07.10.2021    çap et  çap et