525.Az

Milli Kitab Sərgisində Rəşad Məcidlə poeziya saatı - Video


 

Milli Kitab Sərgisində Rəşad Məcidlə poeziya saatı - <b style="color:red"> Video </b>

Oktyabrın dördü Bakı İdman Sarayında Milli Kitab Satış Sərgisi  çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin poeziya saatı keçirilib. 

525.az xəbər verir ki, görüşdə çıxış edən Rəşad Məcid qeyd edib ki, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsində qazanılan böyük zəfər xalqımızın doğma torpaq, yurd həsrətinə son qoydu. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan o narahat, çətin və məsuliyyətli günlərdə hər birimiz cəbhədən gələn xəbərləri, xüsusilə də Prezident, Ali Baş Komandan İlham Əliyevin "Twitter'dəki statuslarını izləyirdik. 

Daha sonra tədbirdə çıxış edən "Qanun" nəşrlər evinin rəhbəri, naşir Şahbaz Xuduoğlu milli yazıçıların tanıdılması gənclərdə şeirə, kitaba, ədəbiyyata  marağın artırılması və digər istiqamətlərdə gələcək perspektivlərdən söz açdı. Yazıçılarla naşirlərin və kitab evlərinin birgə fəaliyyətinin əhəmiyyətindən söz açan natiq  bu istiqamətdə dəstəyinə görə Rəşad Məcidə təşəkkürünü ifadə edib.   

Tədbir haqqında videomaterialı təqdim edirik:

 





07.10.2021    çap et  çap et