525.Az

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub


 

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub<b style="color:red"></b>

Yaponiyanın paytaxtı Tokioda və ətraf ərazilərdə 6,1 maqnitudalı zəlzələ olub.

525.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Mərkəzi Tokio və Çiba prefekturalarının sərhədi yaxınlığında olan zəlzələnin ocağı 80 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində 20 nəfərin yaralandığı bildirilir.

Zəlzələdən sonra paytaxtətrafı dəmir yollarında “Shinkansen” sürət qatarlarının səfərləri dayandırılıb.

 





07.10.2021    çap et  çap et