525.Az

Şəhid Kənan Dadaşzadənin anım mərasimi keçirilib - Video


 

Şəhid Kənan Dadaşzadənin anım mərasimi keçirilib -<b style="color:red"> Video</b>

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan  azad edilməsi  uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədi ilə "Şəhidlər ölməz – Vətən bölünməz!" tədbirlər silsiləsinin növbəti anım mərasimi keçirilib.

525.az xəbər verir ki, Şəhid Kənan Dadaşzadənin xatirəsinə həsr olunan mərasimdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Anım tədbirində çıxış edənlər şəhidin şərəfli döyüş yolundan danışıblar. Şəhid K.Dadaşzadəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsi uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqilər ifa ediblər.

 

 





08.10.2021    çap et  çap et