525.Az

Netflix məşhur serialdakı telefon nömrəsini dəyişdirir


 

Netflix məşhur serialdakı telefon nömrəsini dəyişdirir <b style="color:red"></b>

Netflix məşhur "Squid Game" serialındakı telefon nömrəsini dəyişdirmək qərarına gəlib. Qərarın səbəbi nömrənin sahibi olan qadına dörd mindən çox zəng edilməsidir.

525.az xarici mediaya istinadən xəbər verir ki, Koreyada yaşayan adı açıqlanmayan bir iş qadını bildirib ki, minlərlə insan ona zəng edib serialdakı kimi oyunlar oynamaq istəyiblər. Koreyanın “Money Today” qəzetinə danışan qadın, zənglər səbəbilə gündəlik həyatına davam edə bilmədiyini söyləyib: "Mənə 4000-dən çox nömrədən zəng gəlirdi. Əvvəlcə nə olduğunu anlamamışdım, amma sonra bir dostum nömrəmin serialda olduğunu dedi".

Koreya mediasında yayılan xəbərlərə görə, qadın beş milyon von təzminat tələbindən imtina edib. Netflix kompensasiya iddiaları ilə bağlı açıqlama verməsə də, izləyicilərdən bu nömrəyə zəng etməmələrini istəyib. Şirkətdən verilən açıqlamada, "Bu problemi necə həll edə biləcəyimizi tapmaq üçün istehsal şirkəti ilə işləyirik. Telefon nömrəsi ilə səhnələri dəyişə bilərik",- deyilib.

Qeyd edək ki, sentyabrın 17-də yayımlanan serial 10 gün ərzində 90 ölkədə ən çox izlənilən serial olub.

El Roman

 





08.10.2021    çap et  çap et